Energetika Nazirliyinin 5 oktyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 94,79 dollara satılır.
2023-cü ilin dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb, “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88, maya 79,04, iyuna 75,05, iyula 78,85, avqusta 89,27, sentyabra 91,43, oktyabra 97,77 dollarla start verib.
Gündəlik xam neft hasilatı yanvarda 533 min barrel, fevralda 531 min barrel, martda 515 min barrel, apreldə 512 barrel, may və iyunda 500 min barrel, iyulda 499 min barrel, avqustda 498 min barrel göstərilib.