• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İşğalçı rejimin liderləri tutulub

  • 03 Oktyabr 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Azərbaycan ərazisində işğalçı rejimə başçılıq etmiş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutunyan, David İşxanyan oktyabrın 3-də tutulublar.

Sentyabrın 27-də rejimin sabiq “dövlət naziri” (hökumət başçısı) Ruben Vardanyan, “müdafiə nazirinin sabiq müavini” David Manukyan, sentyabrın 29-da sabiq “müdafiə naziri” Levon Mnasakanyan, sabiq “xarici işlər naziri” David Babayan ələ keçmişdi.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Qarabağda separatçı rejim qurub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaş nəticəsində əldə edilən razılaşmalar, sonrakı lokal hərbi əməliyyatlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim silahı yerə qoymaq, tərksilah olmaq öhdəliyi götürüb. Sentyabrın 28-də Qarabağ rejimi özünü buraxıb, bütün təsisatların 2024-cü il yanvarın 1-dək öz fəaliyyətini dayandırması hökmü verilib.

1991-ci ildə qanunsuz yaradılan, özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimə müxtəlif vaxtlarda Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutunyan, David İşxanyan, Samvel Şahramanyan rəhbərlik ediblər.

1957-ci il təvəllüdlü Arkadi Qukasyan 1992-ci ildə separatçı rejimin “parlamentinə” seçilib, həmin ildən “Dövlət Müdafiə Komitəsi”nin rəhbərliyində təmsil edilib, 1993-cü ildən “xarici işlər naziri” postunu tutub. 1997-2007-ci illərdə rejimin “prezidenti” olub.

2009-2018-ci illərdə Arkadi Qukasyan Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri kimi fəaliyyət göstərib.

1960-cı il təvəllüdlü Bako Saakyan 1990-cı ildə separatçıların qanunsuz hərbi birləşmələrinə qoşulub, məsul vəzifələr tutub. 1997-1999-cu illərdə Ermənistanın daxili işlər və milli təhlükəsizlik nazirinin köməkçisi vəzifəsində çalışıb. 1999-cu ildən işğalçı rejimin “daxili işlər naziri”, 2001-ci ildən “Milli Təhlükəsizlik İdarəsinin rəisi”, 2007-2020-ci illərdə “prezidenti” olub.

1973-cü il təvəllüdlü Araik Arutunyan 2007-2017-ci illərdə rejimin “baş naziri”, 2017-2018-ci illərdə “dövlət naziri” (hökumət başçısı), 2020-2023-cü illərdə “prezidenti” olub.

1968-ci il təvəllüdlü David İşxanyan işğalçı rejimdə batalyon komandiri, kənd icmasının başçısı, “parlament üzvü” olub, 2023-cü il avqustun 7-də “parlament sədri” seçilib, sentyabrın 1-dən 9-dək “prezident” səlahiyyətlərini icra edib.

Türkiyə: bir ildə 61,53 faiz inflyasiya gedib

  • 03 Oktyabr 2023
  • comments

Qarabağ rejiminin 9 rəhbəri

  • 04 Oktyabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda