Oktyabr ayı üzrə rəsmi orta aylıq temperatur proqnozu yayılıb:
Bakı və Abşeron yarımadası – 15-17 dərəcə isti (bəzi gündüzlər 25-27 dərəcə isti);
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları – 13-16 dərəcə isti (bəzi gündüzlər 25-27 dərəcə isti);
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy – 9-12 dərəcə isti (bəzi gecələr 0-3 dərəcə şaxta, bəzi gündüzlər 15-20 dərəcə isti);
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan – 9-12 dərəcə isti (bəzi gecələr 1-5 dərəcə şaxta, bəzi gündüzlər 15-20 dərəcə isti);
Qazax, Gəncə, Tərtər, Füzuli – 13-15 dərəcə isti (bəzi gündüzlər 25 dərəcəyədək isti);
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar – 11-14 dərəcə isti (bəzi gecələr dağlarda 0-5 dərəcə şaxta, bəzi gündüzlər 23-26 dərəcə isti);
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala – 15-17 dərəcə isti (bəzi gündüzlər 25-29 dərəcə isti);
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad – 12-16 dərəcə isti (bəzi gündüzlər 25-28 dərəcə isti).