• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ağdərə

  • 29 Sentyabr 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağdakı 19-20 sentyabr əməliyyatlarından sonra keçmiş Ağdərə rayonu da azad edilir.

2020-ci ilin Vətən müharibəsinə qədər keçmiş Ağdərə rayonunun 6 kəndi Azərbaycanın nəzarətində idi. Həmin savaşda daha 3 kənd işğaldan qurtulmuşdu.

2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı erməni rejiminə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün düşmən silahı yerə qoymaq, tərksilah olmaq öhdəliyi götürüb. Sentyabrın 28-də işğalçı Qarabağ rejimi özünü buraxıb, bütün təsisatların 2024-cü il yanvarın 1-dək öz fəaliyyətini dayandırması hökmü verilib.

Novator.az bildirir ki, 1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətini ələ keçirmək üçün təcavüzə başlayanda bölgənin ən böyük rayonu Mardakert idi. Rayonun 14 kəndində və 1 qəsəbəsində azərbaycanlılar yaşayırdı.

1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunanda Azərbaycan parlamenti bölgənin muxtariyyətini ləğv edərək tarixi adları qaytarıb, Mardakert Ağdərə adı alıb.

1992-ci il avqustun 25-də Ağdərə rayonunun bir hissəsi Tərtər rayonunun tərkibinə keçib, oktyabrın 13-də isə rayon ləğv olunaraq Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölüşdürülüb.

1992-ci ildə Ağdərə şəhəri və rayonun böyük hissəsi işğaldan azad olunmuş, ancaq 1993-cü ildə yenidən zəbt edilmişdi.

Azərbaycanın Qarabağda yaşayan ermənilərlə təmaslar üzrə məsul şəxsi, deputat Ramin Məmmədov ağdərəlidir. O, 1979-cu il fevralın 17-də Mardakert şəhərində doğulub.

Şəhidlərin siyahısı yenilənib

  • 29 Sentyabr 2023
  • comments

Saxta və zərərli kampaniya

  • 29 Sentyabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Bölgə
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda