• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ərazi bütövlüyü son mərhələ yolunda

  • 29 Sentyabr 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Azərbaycanın ərazi bütövlüyünün bərpası son mərhələyə yön alır.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın cənub-qərb bölgəsini və Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndini ələ keçirib, Qarabağda işğalçı rejim qurub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaş nəticəsində əldə edilən razılaşmalar, sonrakı lokal hərbi əməliyyatlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün düşmən silahı yerə qoymaq, tərksilah olmaq öhdəliyi götürüb. Sentyabrın 28-də Qarabağ rejimi özünü buraxıb, bütün təsisatların 2024-cü il yanvarın 1-dək öz fəaliyyətini dayandırması hökmü verilib.

Azərbaycan Ermənistana ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əsasında sülh təklif edir. Bu fonda əsas məsələlərdən biri Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasıdır. 2022-ci il mayın 23-də prezident İlham Əliyev delimitasiya üzrə dövlət komissiyası yaradıb. Komissiyaya baş nazirin müavini Şahin Mustafayev sədrlik edir.

Novator.az bildirir ki, sərhədlərin dəqiqləşdirilməsi işğalda qalan kəndlərin də taleyinə aydınlıq gətirə bilər. Sədərək rayonunun Kərki kəndi 1990-cı ildə, Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ildə, Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri 1992-ci ildə işğal edilib.

Bağanıs Ayrımın 40, Sofulunun 22, Kərkinin 19,2, Qızılhacılının 11, Barxudarlının 10,1, Aşağı Əskiparanın 9,1, Yuxarı Əskiparanın 8,6, Xeyrimlinin 4,1 kvadrat kilometr ərazisi var.

Azərbaycan 1992-ci ildə Ermənistan ərazisinin bir hissəsini – hazırda Gədəbəyin Başkənd kəndinə aid olan torpaqları nəzarətə götürüb. Başkəndin ərazisi 40 kvadrat kilometrdir.

Zəngilan forumu

  • 29 Sentyabr 2023
  • comments

Neftsiz ixrac 14,6 faiz artıb

  • 29 Sentyabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Bölgə
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda