• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ruben Vardanyana ittihamlar açıqlandı

  • 28 Sentyabr 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Sentyabrın 28-də Dövlət Təhlükəsizliyi Xidməti işğalçı Qarabağ rejiminin rəhbərlərindən olmuş Ruben Vardanyanın həbsi ilə bağlı rəsmi məlumat yayıb. Qeyd olunur ki, Ruben Vardanyan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə məsuliyyətə cəlb edilib: “Ruben Vardanyan terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycanın dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi əraziyə daxil olub, qanunsuz silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak edib.

Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirib.

Ruben Vardanyan 27 sentyabr 2023-cü ildə saxlanaraq cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Ruben Vardanyan sentyabrın 27-si Laçın keçidində yaxalanaraq Bakıya gətirilib.

Novator.az bildirir ki, 1968-ci ildə Ermənistanın paytaxtı Yerevanda doğulan Ruben Vardanyan Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib, Rusiyanın sərmayə sektorunda fəaliyyət göstərən iş adamı kimi tanınıb, milyarderdir.

2022-ci il sentyabrın 1-də Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət etdiyini, Qarabağa köçdüyünü açıqlayıb, noyabrın 4-də işğalçı rejimin “dövlət naziri” (hökumət başçısı) təyin olunub, dekabrın 22-də Rusiya vətəndaşlığından çıxarılıb.

Ruben Vardanyanın Qarabağda peyda olması Azərbaycanın kəskin narazılığına gətirib. 2023-cü il fevralın 23-də Ruben Vardanyan “dövlət naziri” postundan götürülüb.

Ruben Vardanyan Qarabağda yaşadığı müddətdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı davamlı çıxışlar edib.

Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün düşmən silahı yerə qoymaq, tərksilah olmaq öhdəliyi götürüb.

Sentyabrın 28-də Qarabağ rejimi buraxılıb, bütün təsisatların 2024-cü il yanvarın 1-dək öz fəaliyyətini dayandırması hökmü verilib. Sənədi rejimin başçısı Samvel Şahramanyan imzalayıb.

İşğalçı Qarabağ rejimi buraxıldı

  • 28 Sentyabr 2023
  • comments

Sabiq mer posta qayıda bilər

  • 28 Sentyabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda