• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ruben Vardanyan ələ keçdi

  • 27 Sentyabr 2023
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

İşğalçı Qarabağ rejiminin rəhbərlərindən olmuş Ruben Vardanyan həbs olunub. Onu sentyabrın 27-si Dövlət Sərhəd Xidmətinin əməkdaşları Laçın keçidində yaxalayıb. Vardanyan helikopterlə Bakıya gətirilib.

Novator.az bildirir ki, 1968-ci ildə Ermənistanın paytaxtı Yerevanda doğulan Ruben Vardanyan Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib, Rusiyanın sərmayə sektorunda fəaliyyət göstərən iş adamı kimi tanınıb, milyarderdir.

2022-ci il sentyabrın 1-də Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət etdiyini, Qarabağa köçdüyünü açıqlayıb, noyabrın 4-də işğalçı rejimin “dövlət naziri” (hökumət başçısı) təyin olunub, dekabrın 22-də Rusiya vətəndaşlığından çıxarılıb.

Ruben Vardanyanın Qarabağda peyda olması Azərbaycanın kəskin narazılığına gətirib. 2023-cü il fevralın 23-də Ruben Vardanyan “dövlət naziri” postundan götürülüb.

Ruben Vardanyan Qarabağda yaşadığı müddətdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı davamlı çıxışlar edib.

Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı erməni rejiminə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün düşmən silahı yerə qoymaq, tərksilah olmaq öhdəliyi götürüb.

1991-ci ildə qanunsuz qurulan, özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimə müxtəlif vaxtlarda Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutunyan, David İşxanyan rəhbərlik ediblər. 2023-cü il sentyabrın 9-dan Samvel Şahramanyan başçıdır.

Zəfər parkında

  • 27 Sentyabr 2023
  • comments

Harada neçə xəstə var?

  • 28 Sentyabr 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hadisə

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda