2023-cü il sentyabrın 1-nə Bakıda 16,6 milyard manat kredit qeydə alınıb. Novator.az bildirir ki, Mərkəzi Bank başqa bölgələri belə sıralayır: Abşeron-Xızı – 825,2 milyon manat, Gəncə-Daşkəsən – 677,6 milyon manat, Lənkəran-Astara – 519,2 milyon manat, Mərkəzi Aran – 453,4 milyon manat, Qazax-Tovuz – 418,2 milyon manat, Şəki-Zaqatala – 396,3 milyon manat, Quba-Xaçmaz – 392,6 milyon manat, Qarabağ – 387,3 milyon manat, Naxçıvan – 372,9 milyon manat, Şirvan-Salyan – 363,4 milyon manat, Mil-Muğan – 237,7 milyon manat, Dağlıq Şirvan – 154 milyon manat.
Sentyabrın 1-nə Bakıda 11,1 milyard manat əmanət qoyulub. Qalan bölgələrin göstəriciləri belə rəsmiləşib: Abşeron-Xızı – 414,2 milyon manat, Gəncə-Daşkəsən – 198,3 milyon manat, Quba-Xaçmaz – 122,4 milyon manat, Lənkəran-Astara – 112,7 milyon manat, Şəki-Zaqatala – 106 milyon manat, Mərkəzi Aran – 103 milyon manat, Qazax-Tovuz – 97,9 milyon manat, Qarabağ – 80,5 milyon manat, Naxçıvan – 62,3 milyon manat, Şirvan-Salyan – 58,3 milyon manat, Mil-Muğan – 40,6 milyon manat, Dağlıq Şirvan – 36,8 milyon manat.
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə statistika açıqlanmır.