Ermənistanın Mərkəzi Seçki Komissiyası Yerevan Şəhər Şurasına sentyabrın 17-də keçirilmiş seçkinin rəsmi nəticələrini açıqlayıb. Novator.az bildirir ki, Vətəndaş Sazişi Partiyası 65 nəfərlik şuraya 24, Milli Yüksəliş Partiyası 14, Ana Ermənistan bloku 12, Respublika Partiyası 8, İctimai Səs Partiyası 7 mandat əldə edib.
33 mandatın tələb olunduğu mer postuna Vətəndaş Sazişi Partiyasından Tiqran Avinyan, Milli Yüksəliş Partiyasından Ayk Marutyan, Ana Ermənistan blokundan Andranik Tevanyan, Respublika Partiyasından Artak Zeynalyan, İctimai Səs Partiyasından Artak Qalstyan namizəddir.
Vətəndaş Sazişi Partiyasına baş nazir Nikol Paşinyan sədrlik edir. O, 2018-ci il mayın 8-dən hökumət başçısıdır.