Sentyabrın 21-də Türkiyənin Mərkəzi Bankı uçot dərəcəsini 30 faizə qaldırıb.
Uçot dərəcəsi banklara verilən borclar üzrə faiz dərəcəsidir.
Novator.az bildirir ki, iyunun 22-də uçot dərəcəsi 8,5 faizdən 15 faizə yüksəlmiş, iyulun 20-dən 17,5 faiz həddi, avqustun 24-dən 25 faiz həddi qüvvəyə minmişdi.
Qərarlar Türkiyə lirəsinin dəyər itirməsini dayandırmağa yönəlib. Hazırda ABŞ dollarının rəsmi qiyməti 27,04 lirəyə yaxındır.
Azərbaycan Mərkəzi Bankı 100 lirəni 6 manat 29 qəpiyə satır. 2023-cü il 9 manat 7 qəpiklə yola çıxıb.
2021-2022-ci illərdə 100 lirənin rəsmi məzənnəsi 22 manat 91 qəpikdən 9 manat 9 qəpiyə düşüb.
Mənbə: Tcmb.gov.tr