Maliyyə Nazirliyi 2024-cü ilin dövlət büdcəsinin ilkin göstəricilərini açıqlayıb. Novator.az bildirir ki, gəlirlər 33 milyard 765 milyon manat proqnozlaşdırılır, xərc proqnozu 36 milyard 355 milyon manat göstərilir.
Büdcədə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 60 ABŞ dolları səviyyəsində götürülür.
Dövlət Vergi Xidmətinin xətti ilə 13 milyard 865 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 5 milyard 900 milyon manat daxilolma, Dövlət Neft Fondundan 12 milyard 781 milyon manat köçürmə, büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə 831 milyon manat, başqa mənbələr üzrə 388 milyon manat gəlir nəzərdə tutulur.
Xərclərin 22 milyard 622 milyon manatı cari xərclər, 11 milyard 760,4 milyon manatı əsaslı xərclər, 1 milyard 972,6 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər kimi rəsmiləşir.