Azərbaycan Mərkəzi Bankı sentyabrın 19-da 100 Türkiyə lirəsini 6 manat 29 qəpiyə satır. Bu, ayın start qiymətindən 7 qəpik aşağı göstəricidir.
Novator.az bildirir ki, 2023-cü il 9 manat 7 qəpiklə yola çıxıb, fevralın əvvəlində kurs 9 manat 4 qəpik, martın əvvəlində 9 manat, aprelin əvvəlində 8 manat 86 qəpik, mayın əvvəlində 8 manat 74 qəpik, iyunun əvvəlində 8 manat 19 qəpik, iyulun əvvəlində 6 manat 53 qəpik, avqustun əvvəlində 6 manat 31 qəpik, sentyabrın əvvəlində 6 manat 36 qəpik olub.
2021-2022-ci illərdə 100 lirənin rəsmi məzənnəsi 22 manat 91 qəpikdən 9 manat 9 qəpiyə düşüb.
Hazırda ABŞ dollarının rəsmi qiyməti 27 lirəni ötür.