Dövlət Gömrük Komitəsi 2023-cü ilin yanvar-avqust ayları üzrə idxalın dəyərini 11,1 milyard dollar göstərib. Novator.az bildirir ki, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri üzrə 2,1 milyard dollar, nəqliyyat vasitələri və onların hissələri üzrə 1,7 milyard dollar, yeyinti məhsulları üzrə 1,3 milyard dollarlıq idxal qeydə alınıb.
Qalan əsas məhsullar idxal dəyərinə görə belə sıralanır: qara metallar və onlardan hazırlanan məmulatlar – 703,2 milyon dollar, əczaçılıq məhsulları – 401,4 milyon dollar, plastmas və onlardan hazırlanan məmulatlar – 352,7 milyon dollar, oduncaq və ondan hazırlanan məmulatlar – 261,4 milyon dollar, geyim və geyim ləvazimatı – 246,8 milyon dollar, mebel və onun hissələri – 89,1 milyon dollar, tütün və tütün məmulatları – 74,4 milyon dollar, gübrə – 49,7 milyon dollar.