• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yerevan: mer postuna kimin şansı çoxdur?

  • 15 Sentyabr 2023
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

“Gallup” beynəlxalq ictimai rəy təşkilatının Ermənistan nümayəndəliyi paytaxt meri postuna kimin şanslı olduğunu araşdırıb.

Sentyabrın 17-də Yerevan Şəhər Şurasına seçki keçiriləcək. Novator.az bildirir ki, seçkiyə 13 partiya və 1 blok qatılıb. Proporsional üsulla seçilən şura 65 nəfərdən ibarətdir.

“Gallup”un 12-13 sentyabrda 802 nəfər arasında keçirdiyi telefon sorğusunun nəticələrinə görə, seçicilərin 22,5 faizi hakim Vətəndaş Sazişi Partiyasına dəstək verir. Qurumun mer postuna namizədi Tiqran Avinyandır. 1989-cu il təvəllüdlü Tiqran Avinyan 2018-2021-ci illərdə baş nazirin müavini olub. 2022-ci ildən Yerevan merinin müavinidir.

Sorğu hesabatına əsasən, 17 sentyabr seçkisində Milli Yüksəliş Partiyası (mer kürsüsünə Ayk Marutyanı (sabiq mer) namizəd göstərib) 14,3 faiz, Ana Ermənistan bloku (mer vəzifəsinə Andranik Tevanyan iddialıdır) 7,8 faiz səs toplaya bilər.

İctimai Səs Partiyası (namizədi: Artak Qalstyan) 6,7 faiz, Həyat Üçün Ölkə Partiyası (namizədi: Mane Tandilyan) 5,7 faiz, Respublika Partiyası (namizədi: Artak Zeynalyan) 5,2 faiz dəstəklə göstərilir.

Yerevan Şəhər Şurasına 2018-ci il sentyabrın 23-də keçirilmiş seçkini baş nazir Nikol Paşinyanın “Mənim addımım” bloku udub, namizədlərin siyahısında birinci olan Ayk Marutyan mer postunu tutub.

2021-ci il dekabrın 22-də Yerevan Şəhər Şurası Ayk Marutyanı mer postundan uzaqlaşdırıb, həmin vəzifəyə Qraçya Sərkisyanı seçib. 2023-cü il martın 17-də Qraçya Sərkisyan istefa verib, merin səlahiyyətləri birinci müavin Levon Oqanesyana keçib.

Vətəndaş Sazişi Partiyasının sədri olan Nikol Paşinyan baş nazir postuna 2018-ci il mayın 8-də xalq hərəkatı dalğasında gəlib. 2018-ci il dekabrın 9-da onun “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də Vətəndaş Sazişi Partiyası parlament seçkilərini udaraq təkbaşına hökumət qurub.

Narkotiklə mübarizə: səkkiz ayın hesabatı

  • 15 Sentyabr 2023
  • comments

Səkkiz aylıq xarici ticarət

  • 15 Sentyabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda