Nazirlər Kabineti Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarət, icra olunan layihələrin monitorinqi və qiymətləndirilməsi qaydasını təsdiqləyib.
Başqa bir qərar qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasını, həmçinin qrant məbləğinin müəyyən edilməsinə dair meyarları və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinı rəsmiləşdirir.
Hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi belə müəyyən edilib: kiçik qrant müsabiqəsi – 15000 manat; orta qrant müsabiqəsi – 30000 manat; böyük qrant müsabiqəsi – 50000 manat.
Səfər qrantının yuxarı məbləği 10000 manatdır.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 19 aprel 2021-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (13 dekabr 2007-ci ildə yaradılmışdı) əsasında qurulub. Agentliyə parlamentin deputatı Azay Quliyev rəhbərlik edir.