Sentyabrın 15-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 100,53 dollara satılır. Xəbəri Energetika Nazirliyi yayıb.
2023-cü ilin dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88, maya 79,04, iyuna 75,05, iyula 78,85, avqusta 89,27, sentyabra 91,43 dollarla başlayıb.
Rəsmi hesabata əsasən, yanvar-avqust aylarında Azərbaycanda 20,3 milyon ton neft hasil edilib.
Gündəlik xam neft hasilatı yanvarda 533 min barrel, fevralda 531 min barrel, martda 515 min barrel, apreldə 512 barrel, may və iyunda 500 min barrel, iyulda 499 min barrel göstərilib.
Beynəlxalq razılaşma 2023-cü il üçün gündəlik hasilat həddini 684 min barrel, 2024-cü il üçün 551 min barrel müəyyən edib.
Dövlət Gömrük Komitəsi yanvar-avqust aylarında Azərbaycandan 11,2 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunduğunu açıqlayıb. Novator.az bildirir ki, ixrac ünvanları statistik dəyərə görə belə sıralanıb: İtaliya, İsrail, İspaniya, Hindistan, Türkiyə, Çexiya, Almaniya, Yunanıstan, İrlandiya, Xorvatiya, Böyük Britaniya, Rumıniya, Vyetnam, Avstriya, Portuqaliya, Fransa, İndoneziya, Sinqapur, Tailand, Tunis.