2023-cü ilin yanvar-avqust aylarında Azərbaycandan İtaliyaya 11,1 milyard dollar dəyərində məhsul ixrac olunub.
Novator.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, Türkiyəyə 4 milyard 4,4 milyon dollarlıq ixrac qeydə alınıb.
İlk onluqda qalan əsas ixrac ünvanları belə sıralanıb: Yunanıstan – 1,1 milyard dollar, İsrail – 1 milyard 93,6 milyon dollar, Rusiya – 794,4 milyon dollar, İspaniya – 711,2 milyon dollar, Hindistan – 670,7 milyon dollar, Çexiya – 530,6 milyon dollar, Gürcüstan – 528,5 milyon dollar, Rumıniya – 467,9 milyon dollar.
İdxal tərəfdaşları siyahısında Rusiya 1,9 milyard dollarla birinci, Çin 1,8 milyard dollarla ikinci, Türkiyə 1,5 milyard dollarla üçüncü yerdə göstərilir.
Rəsmi hesabata əsasən, səkkiz ayda Almaniyadan 639,2 milyon, Türkmənistandan 588,1 milyon, Fransadan 341,9 milyon, ABŞ-dan 334,02 milyon, İrandan 304,4 milyon, İtaliyadan 293,5 milyon, Cənubi Koreyadan 276,2 milyon dollarlıq məhsul alınıb.