Dövlət Miqrasiya Xidmətinin hesabatına görə, 2023-cü ilin avqustunda miqrasiya qaydalarının pozulması 2661 qərara gətirib: “943 qərarda cərimə ödəməklə ölkəni tərk etmək tələbi yer alıb, 494 qərar ölkədə yaşamanı qanuniləşdirib.
263 qərarda ölkədən inzibati qaydada çıxarılmaqla cərimə tətbiqi, 842 qərarda ölkəyə girişə məhdudiyyət əksini tapıb.
Ölkədə yaşamaq üçün icazə sənədinin itirilməsi üzrə 50, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması üzrə 52, qeydiyyat tələblərinin pozulması üzrə 17 qərar rəsmiləşib”.