Rəsmi hesabata görə, 2023-cü ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 20 milyard 431,2 milyon manat daxil olub, büdcədən 20 milyard 649,7 milyon manat xərclənib.
Novator.az Dövlət Statistika Komitəsinə istinadla yeddi aylıq icra göstəricilərini təqdim edir:
yanvar – 4 milyard 6,5 milyon manat gəlir, 1 milyard 457,9 milyon manat xərc;
fevral – 1 milyard 870,9 milyon manat gəlir, 2 milyard 202,5 milyon manat xərc;
mart – 2 milyard 412,6 milyon manat gəlir, 2 milyard 906,6 milyon manat xərc;
aprel – 3 milyard 874,9 milyon manat gəlir, 2 milyard 362,8 milyon manat xərc;
may – 1 milyard 796,1 milyon manat gəlir, 2 milyard 212,6 milyon manat xərc;
iyun – 1 milyard 518,9 milyon manat gəlir, 2 milyard 920,9 milyon manat xərc;
iyul – 3 milyard 286,7 milyon manat gəlir, 3 milyard 557,2 milyon manat xərc.
Dövlət büdcəsində 33,8 milyard manat gəlir, 36,6 milyard manat xərc nəzərdə tutulur.