ABŞ: prezident postuna kimlər iddia edir?
- 14 Sentyabr 2023
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetXəbər
ABŞ-da 2024-cü ilin prezident seçkisində iştirak etmək istəyənlərin sayı 17 nəfərə çatıb. Novator.az saytı “Nyu-York Tayms” qəzetinə istinadla bildirir ki, onların 3-ü Demokratlar Partiyasını, 13-ü Respublikaçılar Partiyasını təmsil edir. Bir nəfər – professor Kornel Uest Yaşıllar Partiyasının namizədi olmağa səy göstərir.
2024-cü il seçkisində Demokratlar Partiyasının namizədi olmaq istəyənlər hazırkı prezident Cozef Bayden, yazıçı və siyasətçi Marianna Uilyamson, hüquqşünas, yazıçı Robert Frensis Kennedidir.
Respublikaçılar Partiyasının namizədi olmaq uğrunda çalışanlar:
keçmiş prezident Donald Tramp,
keçmiş vitse-prezident Mayk Pens,
Florida ştatının qubernatoru Ronald Dion Desantis,
Şimali Dakota ştatının qubernatoru Duq Burqam,
Cənubi Karolina ştatının keçmiş qubernatoru, ABŞ-ın BMT-dəki sabiq daimi nümayəndəsi Nikki Heyli,
Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi,
Arkanzas ştatının keçmiş qubernatoru Asa Hatçinson,
Konqresin yuxarı palatası olan Senatın üzvü Tim Skott,
keçmiş konqresmen, Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq zabiti Uill Herd,
sahibkar, yazıçı Vivek Ramasvami,
jurnalist Larri Elder,
biznesmen və din xadimi Rayan Binkli,
biznesmen Perri Conson.
Prezident seçkisinin ilk raundu 2024-cü il noyabrın 5-də olacaq. Həmin gün 50 ştat və 1 federal dairədən xüsusi nümayəndələr – Seçicilər Kollegiyası seçiləcək. Ümumxalq səsverməsindən sonra Seçicilər Kollegiyası prezidenti seçməli, bu barədə qərar Konqresin aşağı və yuxarı palatalarının birgə iclasında təsdiqlənməlidir.
Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır.
Mənbə: Nytimes.com