Ədliyyə Nazirliyi siyasi partiyaların dövlət qeydiyyatının yenilənməsini davam etdirir. “Turan”ın 11 sentyabr məlumatına görə, 25 partiya prosesi geridə qoyub: Ağ Partiya, Ana Vətən Partiyası, Azad Vətən Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Ədalət Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq-Ədalət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası, Vəhdət Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Yeni Azərbaycan Partiyası, Yeni Zaman Partiyası.
2023-cü il yanvarın 11-də qüvvəyə minən siyasi partiyalar qanunu dövlət qeydiyyatı üçün minimum üzv sayını 1000 nəfərdən 5000 nəfərə qaldırıb. Dövlət qeydiyyatında olan partiyalara üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini (siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi) hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etmək üçün iyulun 10-dək vaxt verilib.
59 partiyanın 27-si Ədliyyə Nazirliyinə reyestr təqdim edə bilib. Qalan partiyalar ya özünü buraxıb, ya da üzvlərinin sayını 5000 nəfərə çatdıra bilmədiyini bəyan edib.
Partiyaların 180 günlük möhləti bitdi
Azad Demokratlar Partiyası tarixə qovuşur?
Partiyalar üçün cərimə yenilikləri
Ədliyyə Nazirliyi REAL Partiyasına nə cavab verib?
Ədliyyə Nazirliyindən reyestr açıqlaması
İlqar Məmmədov nazirlikdən siyahı istəyir
AXCP Ədliyyə Nazirliyindən cavab alıb
Partiyaların qeydiyyatı: susqunluq yaranıb
“Mərd mübarizəmiz dəstəklənir”
Ədliyyə Nazirliyi Xalq Partiyasına nə cavab verib?
Partiyaların cəriməsi: qanun imzalandı
Hansı partiyalar qeydiyyatdan çıxıb?
Müsavat yenə Ədliyyə Nazirliyinə üz tutdu