• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İsa Qəmbərin şikayəti təmin olunmayıb

  • 11 Sentyabr 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Ali Məhkəmə pensiya çəkişməsi aparan siyasətçi İsa Qəmbərin şikayətini təmin etməyib. Vəkil Nemət Kərimli Novator.az-a deyib ki, işə yazılı icraat qaydasında, məhkəmə iclası keçirilmədən və tərəflərin iştirakı olmadan baxılıb.

1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1992-1993-cü illərdə parlamentin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

1992-2014-cü illərdə Müsavatın başqanı postunu tutan İsa Qəmbər hazırda partiya Məclisinin üzvü, Milli Strateji Düşüncə Mərkəzinin sədridir.

2022-ci il fevralın 24-də pensiya yaşına – 65 yaşa çatan İsa Qəmbərə mayın 11-də yaşa görə 180 manat müavinət kəsilib (hazırda müavinətin məbləği 220 manatdır). Dövlət Sosial Müdafiə Fondu bəyan edib ki, qanun pensiya hüququ üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (2022-ci ildə 34560 manat idi, hazırda 40320 manatdır) şərti qoyur, İsa Qəmbərin sənədləri bu şərtlərə uyğun gəlməyib.

Bakı İnzibati Məhkəməsinə şikayətdə İsa Qəmbərin əmək pensiyası hüququnun pozulduğu qeyd edilib, bildirilib ki, ona xüsusi şərtlərlə əmək pensiyası düşür. Məhkəmədən Dövlət Sosial Müdafiə Fondunun boynuna “Əmək pensiyaları haqqında” qanuna riayət etmək, Milli Məclisin sədri olmuş İsa Qəmbərə sədrin əməkhaqqının 80 faizi qədər əmək pensiyası kəsmək öhdəliyi qoyulması istənib. 2022-ci il sentyabrın 12-də Bakı İnzibati Məhkəməsi iddianı təmin etməyib, 2023-cü il mayın 10-da Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb.

Ali Məhkəməyə şikayətdə Bakı İnzibati Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qərarlarının ləğvi, iddianın tam təmin olunması istənmişdi.

Sabiq dövlət başçısına 180 manat…

İsa Qəmbər çağırışı

Acizlik, cılızlıq

İsa Qəmbər məhkəməyə üz tutur

Pensiya işi məhkəməyə getdi

İsa Qəmbərin şikayətinə baxılacaq

Məzuniyyət məhkəməni başqa vaxta apardı

Pensiya çəkişməsi başlayır

Məhkəmə 180 manat qərarını haqlı saydı

Pensiya çəkişməsi yeni mərhələyə gedir

İsa Qəmbər apellyasiya şikayəti verdi

Məhkəmə gələn ilə qaldı

İsa Qəmbərin şikayətinə baxılacaq

Proses təxirə düşdü

Məhkəmənin vaxtı bilindi

Pensiya işi Ali Məhkəməyə gedir

İsa Qəmbər Ali Məhkəməyə şikayət edib

İsa Qəmbərin şikayəti: hakim təyin olunub

Bahalaşma statistikası

  • 11 Sentyabr 2023
  • comments

Qeydiyyatı yenilənən partiyalar

  • 11 Sentyabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda