• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazim Bəydəmirli aclıq edir?

  • 06 Sentyabr 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

Bakı İstintaq Təcridxanasında saxlanan iqtisadçı, iş adamı Nazim Bəydəmirlinin aclıq aksiyası keçirdiyi ehtimal olunur. Sentyabrın 6-da “Turan”a danışan vəkil Aqil Layic deyib ki, son görüşündə Nazim Bəydəmirli ona sentyabrın 4-də aclığa başlayacağını bildirib: “Aldığım xəbərə görə, o, aksiyaya başlayıb, ancaq bunu dəqiqləşdirə bilmirəm”.

Penitensiar Xidmətdən “Turan”a deyiblər ki, Nazim Bəydəmirlidən aclıq elan etməsi ilə bağlı müraciət daxil olmayıb.

1963-cü ildə Gədəbəyin Çay Rəsullu kəndində doğulan Nazim Bəydəmirli iqtisad elmləri doktorudur. Rusiyada və Azərbaycanda biznes fəaliyyəti göstərib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iyulun 4-də tutduğu Nazim Bəydəmirli hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmədə ittiham olunur. Bu əməl 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Rəsmi iddiaya görə, Nazim Bəydəmirli bir vətəndaşı rüsvay etməklə hədələyərək 50 min manat istəyib, iyunun 24-də ondan 10 min manat alıb.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Sentyabrın 1-də Nazim Bəydəmirlinin cinayət işinə daha bir epizod əlavə olunub. İttihama görə, Nazim Bəydəmirli 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində bir nəfərə hədə-qorxu gələrək ondan pul qoparıb.

Nazim Bəydəmirli həbsini ictimai fəaliyyəti, hakimiyyəti zaman-zaman tənqid etməsi ilə bağlayır.

Sabiq deputat tutulub

Nazim Bəydəmirli dörd aylıq həbsə getdi

Həbsə etirazlar

Nazim Bəydəmirli həbsdə saxlandı

Nazim Bəydəmirliyə danışıq qadağası

Nazim Bəydəmirli özünü ekologiya məhbusu sayır

Professor Rüfət Rüstəmov dövlət başçısına açıq məktubla müraciət edib

Yoldaşı Nazim Bəydəmirliyə baş çəkib

Gürcüstanın bahalıq və ucuzlaşma statistikası

  • 06 Sentyabr 2023
  • comments

8 partiyanın qeydiyyatı yenilənib

  • 06 Sentyabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda