Avqust hesabatına görə, Gürcüstanda istehlak 2022-ci ilin eyni ayına nəzərən 0,9 faiz bahalaşıb. Novator.az bildirir ki, Milli Statistika Xidməti spirtsiz içkilər və ərzaq üzrə qiymət artımını 2,4 faiz, kommunal xidmətlər üzrə 5 faiz, spirtli içkilər və tütün məmulatları üzrə 5,7 faiz, təhsil sektoru üzrə 6,9 faiz, mehmanxana və ictimai iaşə xidmətləri üzrə 7,2 faiz göstərir.
Mebel və məişət əşyalarının il ərzində 0,6 faiz, geyim və ayaqqabıların 0,7 faiz, istirahət, əyləncə, mədəniyyət sektorunda xidmətlərin 1,5 faiz, rabitə xidmətlərinin 2,7 faiz, səhiyyə xidmətlərinin 7,3 faiz, nəqliyyat xidmətlərinin 7,9 faiz ucuzlaşdığı vurğulanır.
Mənbə: Geostat.ge