Siyasi partiyaların dövlət qeydiyyatı yenilənir. “Turan”ın məlumatına görə, sentyabrın 5-dək 6 partiyanın dövlət qeydiyyatı yenidən rəsmiləşib: Ağ Partiya, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Ümid Partiyası, Haqq-Ədalət Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Yeni Azərbaycan Partiyası.
1992-ci ildən siyasi partiyaların fəaliyyətini tənzimləmiş qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyub. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanun qeydiyyat həddini 5000 üzvə qaldırıb. Dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini (siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi) hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitib, həmin müddətədək bir çox partiya özünü buraxıb və ya üzvlərinin sayını 5000 nəfərə çatdıra bilmədiyini bəyan edib.
Dövlət qeydiyyatına Ədliyyə Nazirliyi məsuldur. Nazirliyin 18 iyul məlumatında bildirilib ki, 27 siyasi partiya üzvlərinin reyestrini nazirliyə təqdim edib. Reyestrin yoxlanması zamanı qüsurların müəyyən olunduğu, partiyalara bu barədə məlumat verildiyi vurğulanıb. Sənədləri geri qaytarılan bir çox partiya, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Respublikaçı Alternativ Partiyası üzvlərinin reyestrini yenidən hazırlayaraq nazirliyə təqdim edib.
Ədliyyə Nazirliyi özünü buraxmış partiyaların 13-nün dövlət qeydiyyatının ləğv olunduğunu açıqlayıb.
Partiyaların 180 günlük möhləti bitdi
Azad Demokratlar Partiyası tarixə qovuşur?
Partiyalar üçün cərimə yenilikləri
Ədliyyə Nazirliyi REAL Partiyasına nə cavab verib?
Ədliyyə Nazirliyindən reyestr açıqlaması
İlqar Məmmədov nazirlikdən siyahı istəyir
AXCP Ədliyyə Nazirliyindən cavab alıb
Partiyaların qeydiyyatı: susqunluq yaranıb
“Mərd mübarizəmiz dəstəklənir”
Ədliyyə Nazirliyi Xalq Partiyasına nə cavab verib?
Partiyaların cəriməsi: qanun imzalandı
Hansı partiyalar qeydiyyatdan çıxıb?
Müsavat yenə Ədliyyə Nazirliyinə üz tutdu