Azərbaycanın “Qarabağ” komandası UEFA Avropa Liqasının ikinci raundunun cavab matçını keçirib. Novator.az bildirir ki, avqustun 31-i Bakıda Sloveniya “Olimpiya”sı ilə görüşən “Qarabağ” sülh bağlayaraq (1:1) qrup mərhələsinə vəsiqə alıb.
İlk oyunda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə üstün gəlmişdi.
2023-2024 mövsümünə Çempionlar Liqasında başlayan “Qarabağ” birinci raundda Cəbəllütariq “Linkoln”unu ələyib, ikinci raundda “Rakov”a (Polşa) yenilib, Avropa Liqasına köçərək ilk mərhələdə HİK-i (Finlandiya) mübarizədən kənarlaşdırıb.