• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yoldaşı Nazim Bəydəmirliyə baş çəkib

  • 25 Avqust 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Məhbus iqtisadçı, iş adamı Nazim Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli 24-də Bakı İstintaq Təcridxanasına baş çəkib. “Turan”a danışan Fəridə Bəydəmirli deyib ki, tutulandan bəri yoldaşına ilk dəfə görüş verilib: “Biz şüşə arxasından 20 dəqiqə söhbətləşdik. Nazim gümrah görünürdü, saxlanma şəraitindən şikayəti olmadı, dediyinə görə, tibbi müayinədən keçib, gərəkli dərmanlarla təmin olunub”.

1963-cü ildə Gədəbəyin Çay Rəsullu kəndində doğulan Nazim Bəydəmirli iqtisad elmləri doktorudur. Rusiyada və Azərbaycanda biznes fəaliyyəti göstərib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iyulun 4-də tutduğu Nazim Bəydəmirli hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmədə ittiham olunur. Bu əməl 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Rəsmi iddiaya görə, Nazim Bəydəmirli bir vətəndaşı rüsvay etməklə hədələyərək 50 min manat istəyib, iyunun 24-də ondan 10 min manat alıb.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Nazim Bəydəmirli və müdafiəçiləri həbsi Gədəbəyin Söyüdlü kəndində baş vermiş olaylarla bağlayır.

Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib. Onlar kənddəki qızıl mədəninin ərazinin ekologiyasına mənfi təsir göstərdiyini bildiriblər.

Polis əməkdaşları aksiyanı dağıdıb. Tutulanlar var.

20 iyun aksiyasından sonra Nazim Bəydəmirli Söyüdlü sakinlərinin haqlı tələblərlə çıxış etdiyi barədə açıqlamalar verib, qızıl emalı müəssisəsinin əhali, flora və fauna üçün təhlükələr törətdiyini deyib.

İyunun 21-də baş nazir Əli Əsədov Söyüdlüdə monitorinq aparmağa və vəziyyəti qiymətləndirməyə məsul komissiya yaradıb.

İyulun 11-i sosial-iqtisadi məsələlərlə bağlı müşavirə keçirən prezident İlham Əliyev Söyüdlü olayına toxunaraq sakinlərin narazılığını haqlı saydığını vurğulayıb.

Söyüdlü kəndində monitorinqə məsul komissiya iyulun 18-də Nazirlər Kabinetinə təkliflər təqdim edib. Rəsmi məlumatda qeyd olunub ki, ərazidə fəaliyyət göstərən müəssisə təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntulara yol verib, istismar və tikinti prosesində müvafiq icra orqanlarının razılığını almayıb, bu səbəbdən müəssisənin fəaliyyətini müvəqqəti dayandırmaq gərəkdir.

Nazim Bəydəmirlinin qayınatası, professor Rüfət Rüstəmov avqustun 22-də prezident İlham Əliyevə açıq məktubla müraciət edərək kürəkəninin daim xalqına, dövlətinə sədaqətli bir ziyalı kimi xidmət etdiyini vurğulayıb: “Təəssüflər olsun ki, 5 iyul 2023-cü ildə Nərimanov Rayon Məhkəməsi istintaq orqanının tələm-tələsik verdiyi təqdimat əsasında Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Halbuki istər istintaq orqanı, istərsə də məhkəmə qanunun aliliyini, ən azı Nazim Bəydəmirlinin zərərçəkmiş şəxs qismində şikayət verən vətəndaşla eyni şirkətdə payçılardan biri olduğunu nəzərə almalı idi.

Nazim Bəydəmirli özünü ekologiya məhbusu sayır, hesab edir ki, əslində vətəndaş mövqeyini bildirdiyinə görə təqibə məruz qalıb, ekoloji təmizliyin qorunmasına yönəlmiş fikirləri ölkə prezidentinin Gədəbəyin Söyüdlü kəndində qızıl mədənini istismar edən şirkətin yol verdiyi pozuntulardan doğan hadisələrlə bağlı dedikləri ilə üst-üstə düşür. Söyüdlü kəndində monitorinqə məsul hökumət komissiyası da ərazidə fəaliyyət göstərən müəssisənin təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntulara yol verdiyini aşkara çıxarıb, şirkətin fəaliyyəti müvəqqəti dayandırılıb.

Sizdən çox xahiş edirəm, bu məsələni şəxsi nəzarətinizə götürəsiniz. Süni maneələr yaradanların qarşısı vaxtında alınsa, bu, dövlətçiliyimiz üçün çox yararlı olardı!”

Sabiq deputat tutulub

Nazim Bəydəmirli dörd aylıq həbsə getdi

Həbsə etirazlar

Nazim Bəydəmirli həbsdə saxlandı

Nazim Bəydəmirliyə danışıq qadağası

Nazim Bəydəmirli özünü ekologiya məhbusu sayır

Professor Rüfət Rüstəmov dövlət başçısına açıq məktubla müraciət edib

“AzəriLayt” neçəyədir?

  • 25 Avqust 2023
  • comments

Sərsəng bəyanatı

  • 25 Avqust 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda