• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şans var, bəs niyyət?

  • 24 Avqust 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

İqtisadçı, müxalif REAL Partiyasının funksioneri Natiq Cəfərli yazır ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi münasibətləri çox zəifdir: “Potensial böyükdür, amma istifadə edilmir, səbəbi isə xroniki “xəstəliklərdən” doğur – ölkəmiz xammala söykənən ixrac, “məmur kapitalizminə” arxalanan idxal modelindən qurtula bilmir və ya bunu istəmir. Bu modeldən uzaqlaşmaq üçün iqtisadi azadlıqlar, rəqabətli mühit, ədalətli məhkəmə sistemi lazımdır”.

Özbəkistan prezidentinin avqustun 22-23-də Azərbaycana səfər etdiyini xatırladan Natiq Cəfərli qeyd edir ki, 2022-ci ildə Azərbaycanın bu ölkə ilə qarşılıqlı ticarət dövriyyəsi 183,2 milyon dollar olub: “Biz Özbəkistana 46,4 milyon dollarlıq məhsul satmışıq, oradan 136,8 milyon dollarlıq məhsul almışıq. 2023-cü ilin yanvar-iyul aylarında qarşılıqlı ticarət dövriyyəmiz 94,3 milyon dollar göstərilib – bizim ixrac 26,6 milyon dollar, Özbəkistanın Azərbaycana ixracı 65,7 milyon dollar olub.

Yaxın ölkələrin çoxu ilə qarşılıqlı ticarət dövriyyəmizdə mənfi saldo var, çünki onlara neft-qaz satmırıq, başqa sata biləcəyimiz məhsulumuz da azdır.

Azərbaycan üçün unikal şans yaranıb. Ölkədə hüquqi və rəqabətli sistem qura bilsək, nəinki türk dövlətlərini birləşdirən nəqliyyat dəhlizinə, həm də Şərq-Qərb nəqliyyat qovşağına çevrilmək imkanımız var. Azərbaycan Türkiyə və Mərkəzi Asiya ölkələri ilə birlikdə böyük bazarın tərkib hissəsi, fraqmentallaşan dünyanın cazibə mərkəzlərindən ola bilər. Amma bu sistemlə yox. Ölkənin satmağa neft-qazdan başqa çox az məhsulu var, nəsə sata bilmək üçün istehsal artmalıdır. İstehsalın artımı doğru vergi-gömrük, pul-kredit siyasətindən asılıdır, keyfiyyətli olması rəqabətli mühitlə bağlıdır. Rəqabətli mühit ancaq hüququn üstünlüyü ilə mümkündür, hüququn üstünlüyü isə məmur biznesinin çökməsi ilə baş verə bilər”.

Harada işsizlik çoxdur?

  • 24 Avqust 2023
  • comments

24 avqust qiyməti

  • 24 Avqust 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
AktualDünyanın səsiManşetŞərh

Trampın dəstəyi Bakı və Yerevana cəsarət verir – ekspert

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Çin: “məlumat qəhrəmanı”na yenə iş kəsilib

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

İranın saman çöpü – Çin (“Foreign Affairs”in təhlili)

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Çinli dissident ABŞ-da casusluq edirmiş

GLOBALS:0

Tags

  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
AktualDünyanın səsiManşetŞərh

Trampın dəstəyi Bakı və Yerevana cəsarət verir – ekspert

Son materiallar

comments
AktualDünyanın səsiManşetŞərh

Trampın dəstəyi Bakı və Yerevana cəsarət verir – ekspert

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Çin: “məlumat qəhrəmanı”na yenə iş kəsilib

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

İranın saman çöpü – Çin (“Foreign Affairs”in təhlili)

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda