Özbəkistan prezidenti Şövkət Mirziyayev Azərbaycanın işğaldan azad olunmuş ərazisinə səfər edən ikinci əcnəbi dövlət başçısıdır.
Avqustun 22-də Azərbaycana gələn Şövkət Mirziyayev Bakıda danışıqlar aparıb, ertəsi gün əvvəl Füzuli şəhərinə, ardınca Şuşa şəhərinə baş çəkib.
Novator.az bildirir ki, işğaldan azad ərazilərə qədəm basan ilk xarici dövlət bacısı Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğandır. O, 2021-ci il iyunun 15-də Füzuliyə gələrək oradan Şuşa şəhərinə yollanıb.
2021-ci il oktyabrın 26-da Rəcəb Teyyub Ərdoğan Füzulini, 2022-ci il oktyabrın 20-də Zəngilan və Cəbrayılı ziyarət edib.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaş nəticəsində əldə edilən razılaşmalar, sonrakı lokal hərbi əməliyyatlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.