• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Professor Rüfət Rüstəmov dövlət başçısına açıq məktubla müraciət edib

  • 22 Avqust 2023
  • comments
  • Novator.az
  • Posted in AktualManşetXəbər

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor, yazıçı-publisist Rüfət Rüstəmov dövlət başçısına açıq məktubla müraciət edib. Müraciətin mətnini təqdim edirik.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq məktub

Hörmətli cənab Prezident! Hər bir Azərbaycan vətəndaşı üçün qanun qanundur! Qanunu pozan hər kəs layiqli cəzasını almalıdır. Mənim kürəkənim Nazim Bəydəmirli 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub, iqtisad elmləri doktorudur, iqtisadiyyat sahəsində tutarlı söz sahibidir. O, daim xalqına, dövlətinə sədaqətli bir ziyalı kimi xidmət edib.

Təəssüflər olsun ki, 5 iyul 2023-cü il tarixində Nərimanov Rayon Məhkəməsi istintaq orqanının tələm-tələsik verdiyi təqdimat əsasında Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Halbuki istər istintaq orqanı, istərsə də məhkəmə qanunun aliliyini, ən azı Nazim Bəydəmirlinin zərərçəkmiş şəxs qismində şikayət verən vətəndaşla eyni şirkətdə payçılardan biri olduğunu nəzərə almalı idi.

Cənab Prezident! Nazim Bəydəmirli özünü ekologiya məhbusu sayır, hesab edir ki, əslində vətəndaş mövqeyini bildirdiyinə görə təqibə məruz qalıb. Halbuki Siz dəfələrlə vətəndaşları şikayətçi olduqları məsələlər barəsində mövqe bildirməyə çağırmışınız, bunu haqlı olaraq xalqa, dövlətə, Prezidentə xidmət kimi qiymətləndirmisiniz. Avqustun 10-da Nazim Bəydəmirli Bakı İstintaq Təcridxanasında vəkilinə deyib ki, onun ekoloji təmizliyin qorunmasına yönəlmiş fikirləri ölkə Prezidentinin Gədəbəyin Söyüdlü kəndində qızıl mədənini istismar edən şirkətin yol verdiyi pozuntulardan doğan hadisələrlə bağlı dedikləri ilə üst-üstə düşür. Söyüdlü kəndində monitorinqə məsul hökumət komissiyası da ərazidə fəaliyyət göstərən müəssisənin təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntulara yol verdiyini aşkara çıxarıb, şirkətin fəaliyyəti müvəqqəti dayandırılıb.

Hörmətli Prezident! Sizdən çox xahiş edirəm, bu məsələni şəxsi nəzarətinizə götürəsiniz. Süni maneələr yaradanların qarşısı vaxtında alınsa, bu, dövlətçiliyimiz üçün çox yararlı olardı!

Dərin hörmətlə,

Rüfət Rüstəmov,
Bakı Dövlət Universitetinin
Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor,
yazıçı-publisist

Niyaməddin Əhmədov həbsdə qaldı

  • 22 Avqust 2023
  • comments

İlkin Süleymanov prosesində fasilə

  • 22 Avqust 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda