• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Niyaməddin Əhmədov həbsdə qaldı

  • 22 Avqust 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Avqustun 22-də Ali Məhkəmə AXCP üzvü Niyaməddin Əhmədovun şikayəti üzrə qərar çıxarıb. Novator.az-ın məlumatına görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə bəraət və azadlıq istəyi təmin olunmayıb, cəbhəçi həbsdə saxlanıb.

Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-da tutularaq 30 sutka inzibati həbsə məhkum edilib, sonra cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədova 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda təqsirli bilinib.

İttihama əsasən, Almaniyada yaşayan Qabil Əmrah oğlu Məmmədovun Azərbaycanda terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən olunub: “Cinayət işinin istintaqı zamanı Qabil Məmmədovun həmfikirləri və havadarları ilə qabaqcadan əlbir olduğu qrupda gizli təşkilatlanıb 2019-cu ildə sosial şəbəkələr vasitəsilə yayımladığı çoxsaylı çıxışlarında terrorçuluğun törədilməsinə yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyənləşdirilib. Aparılmış istintaqla həmin materialları internet resurslarında yaymaqla nəzərdə tutulmuş cinayətlərin hazırlanması və törədilməsində istifadə edilməsi məqsədilə Niyaməddin Əhmədova müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib”.

2022-ci il martın 2-də Bakı Apellyasiya Məhkəməsi Niyaməddin Əhmədov barədə hökmü qüvvədə saxlayıb.

Niyaməddin Əhmədov ittihamları qəbul etmir. O deyir ki, həbsdə ağır işgəncələrə məruz qalıb, ictimai əsaslarla mühafizəçisi olduğu partiya sədri Əli Kərimliyə qarşı saxta ifadə verməsi istənib.

1989-cu ildə yaradılan Azərbaycan Xalq Cəbhəsi 1992-1993-cü illərdə hakimiyyətdə olub. 1995-ci ildə AXC partiyaya çevrilib. 2000-ci ildən həmin siyasi təşkilata – Azərbaycan Xalq Cəbhəsi Partiyasına Əli Kərimli liderlik edir.

Mirziyayev gəldi

  • 22 Avqust 2023
  • comments

Professor Rüfət Rüstəmov dövlət başçısına açıq mək...

  • 22 Avqust 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda