Novator.az Mərkəzi Bankın saytında Azərbaycan manatından baha valyutaların kursuna nəzər salıb.
Küveyt dinarı avqustun 22-də banklara 5,5180 manata təklif olunur.
İngiltərə funt sterlinqinə 2,1707, İsveçrə frankına 1,9361, avroya 1,8544 manat qiymət qoyulub.
Kanada dolları 1,2550, Sinqapur dolları 1,2536, Avstraliya dolları 1,0908, Yeni Zelandiya dolları 1,0085 manata dəyişdirilir.
2015-2017-ci illərdə rəsmi məzənnəsi 0,7844 manatdan 1,7001 manata yüksələn ABŞ dolları 2018-ci il martın 7-dən 1,7 manata satılır.
Manat valyuta hərraclarında qorunur. Rəsmi hesabata görə, Mərkəzi Bankın 2023-cü ilin yeddi ayında keçirdiyi valyuta hərraclarında Dövlət Neft Fondundan 1 milyard 843,8 milyon ABŞ dolları məbləğində vəsait alınıb.
Analoji satış həcmi 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard dollar göstərilib.