• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

AXCP-dən yeni qeydiyyat cəhdi

  • 22 Avqust 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvlərinin reyestrini yeniləyərək dövlət qeydiyyatına məsul Ədliyyə Nazirliyinə təqdim edib. Novator.az-ın məlumatına görə, partiya sədri Əli Kərimli yazır ki, qeydiyyatdan imtinaya səbəb və bəhanə ola biləcək hallar aradan qaldırılıb: “5 min nəfərdən artıq partiya üzvü ilə yenidən bir-bir danışılıb. Onların anket məlumatları hər birinin şəxsiyyət vəsiqəsi ilə tutuşdurulub. Siyasi sifariş olmasa, AXCP-nin qeydiyyatına heç bir problem yaranmamalıdır”.

1992-ci ildən siyasi partiyaların fəaliyyətini tənzimləmiş qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyub. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanun qeydiyyat həddini 5000 üzvə qaldırıb. Dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini (siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi) hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitib.

AXCP sədri Əli Kərimli iyulun 9-da 5315 nəfər partiya üzvünün reyestrinin hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunduğunu açıqlayıb. İyulun 20-də bəlli olub ki, Ədliyyə Nazirliyi partiyaya cavab məktubunda reyestrə salınmış 2497 nəfər barədə məlumatların düzgün göstərilmədiyini, 119 nəfərin başqa partiyaların üzvü olduğunu, 59 şəxs barədə məlumatların təkrarlandığını, 609 nəfərin AXCP üzvü olmadığını bildirdiyini bəyan edib.

Azərbaycan Xalq Cəbhəsi (AXC) 1989-cu il iyulun 16-da təsis olunub. 1995-ci ildə qurum partiyaya çevrilərək dövlət qeydiyyatına alınıb. 2000-ci ildən AXCP-yə liderlik edən Əli Kərimli 2001-ci ildən partiya sədridir.

Partiyaların 180 günlük möhləti bitdi

AXCP yeni qeydiyyat yolunda

Azad Demokratlar Partiyası tarixə qovuşur?

Partiyalar üçün cərimə yenilikləri

Ədliyyə Nazirliyi REAL Partiyasına nə cavab verib?

Ədliyyə Nazirliyindən reyestr açıqlaması

İlqar Məmmədov nazirlikdən siyahı istəyir

Müsavata reyestr cavabı

AXCP Ədliyyə Nazirliyindən cavab alıb

Partiyaların qeydiyyatı: susqunluq yaranıb

“Mərd mübarizəmiz dəstəklənir”

Ədliyyə Nazirliyi Xalq Partiyasına nə cavab verib?

Partiyaların cəriməsi: qanun imzalandı

Hansı partiyalar qeydiyyatdan çıxıb?

Müsavat yenə Ədliyyə Nazirliyinə üz tutdu

REAL bir daha qeydiyyat yolunda

Manatdan baha valyutalar

  • 22 Avqust 2023
  • comments

Bank sektorunda neçə nəfər çalışır?

  • 22 Avqust 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda