• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiya: vətəndaşları izləmək xərci artıb

  • 18 Avqust 2023
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetXəbər

2022-ci ildə Ukraynaya total savaş açandan bəri Rusiyada vətəndaşların izlənməsi texnologiyalarına çəkilən rəsmi xərclər xeyli artıb. Novator.az-ın məlumatına görə, dövlət satınalmalarına aid minlərlə sənədi təhlil edən ingilisdilli “The Moscow Times” qəzeti yazır ki, 2022-ci ildə və 2023-cü ilin birinci yarısında Rusiyada yüz minlərlə müşahidə kamerasından videoların dövlət məlumat mərkəzlərinə (videoları qəbul və mühafizə edən bazalara) ötürülməsinə çəkilən xərc 30,7 milyard rubl təşkil edib. 2021-ci ildə həmin xərc 10,5 milyard, 2020-ci ildə isə 15 milyard rubl olub. Beləliklə, il yarımda videoların müşahidə kameralarından dövlət məlumat bazalarına ötürülməsinə çəkilən xərc əvvəlki iki ilin birgə məsrəfindən artıqdır.

2022-2023-cü illərin xərci bütövlükdə 2011-ci ildən bu işə (videoların kameralardan dövlət məlumat mərkəzlərinə ötürülməsinə) sərf olunan cəmi vəsaitin az qala üçdə biri həcmindədir.

Dövlətin üztanıma sistemlərinə yönəltdiyi vəsait də artıb. 2011-ci ildən dövlət büdcəsindən üztanıma sistemlərinə cəmi 3,6 milyard rubl xərcləndiyini xatırladan “The Moscow Times” qeyd edir ki, məbləğin yenə üçdə bir hissəsi (1,2 milyard rubl) Ukrayna ilə müharibə başlanandan sonra, yəni 2022-ci ilin fevralından ayrılıb.

Qəzetin yazdığına görə, ölkənin başqa şəhərləri ilə müqayisədə paytaxt Moskvada üztanıma sisteminə qoşulmuş müşahidə kameraları daha sıx-sıx quraşdırılıb. Ölkə üzrə bu sayaq videokameraların 500 mindən çox olduğu, onların 200 mindən çoxunun Moskvanın payına düşdüyü bildirilir. Paytaxtda açılmış cinayətlərlə bağlı göstəricinin ümumilikdə ölkə üzrə göstəricidən 30 faiz geri qaldığını qeyd edən qəzet yazır ki, bu fakt bir daha izləmə texnologiyalarında əsas hədəfin hakim rejimə müxalif vətəndaşları güdmək olduğunu təsdiqləyir.

Mənbə: Themoscowtimes.com

Əhali artımı statistikası

  • 18 Avqust 2023
  • comments

Ölməz Tanrının oğlu

  • 19 Avqust 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət
  • Texnologiya

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda