• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

REAL bir daha qeydiyyat yolunda

  • 18 Avqust 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Respublikaçı Alternativ (REAL) Partiyası üzvlərinin reyestrini yeniləyərək dövlət qeydiyyatına məsul Ədliyyə Nazirliyinə təqdim edib. Qurumun sədri İlqar Məmmədovun avqustun 17-də yaydığı məlumata görə, siyahıda 5401 nəfərin adı yer alır.

1992-ci ildən siyasi partiyaların fəaliyyətini tənzimləmiş qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyub. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanun qeydiyyat həddini 5000 üzvə qaldırıb. Dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini (siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi) hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitib.

Rəsmi açıqlamaya əsasən, yeni qanun qüvvəyə minəndən sonra 31 partiya öz təşəbbüsü ilə ləğv olunub, 27 siyasi partiya üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim edib.

Novator.az bildirir ki, REAL Partiyası üzvlərin reyestrini tərtib edərək iyunun 12-də Ədliyyə Nazirliyinə göndərmiş, sədr İlqar Məmmədov siyahıda 5118 nəfərin adının yer aldığını bəyan etmişdi.

İyulun 17-də REAL-ın Ədliyyə Nazirliyindən mənfi cavab aldığı məlum olmuşdu. Rəsmi cavaba görə, siyahıdakı 986 nəfər partiyanın üzvü deyil, 1058 nəfərin telefon nömrəsi yerinə partiyanın ofisinin telefon nömrəsi göstərilib, 2527 nəfərin adı, soyadı və doğum tarixləri dövlət reyestrində təsdiqini tapmayıb, 68 nəfərin adı təkrar göstərilib, 16 nəfər vəfat etmiş şəxslərdir.

REAL Partiyası 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb, 2020-ci ildə dövlət qeydiyyatına alınıb.

Partiyaların 180 günlük möhləti bitdi

AXCP yeni qeydiyyat yolunda

Azad Demokratlar Partiyası tarixə qovuşur?

Partiyalar üçün cərimə yenilikləri

Ədliyyə Nazirliyi REAL Partiyasına nə cavab verib?

Ədliyyə Nazirliyindən reyestr açıqlaması

İlqar Məmmədov nazirlikdən siyahı istəyir

Müsavata reyestr cavabı

AXCP Ədliyyə Nazirliyindən cavab alıb

Partiyaların qeydiyyatı: susqunluq yaranıb

“Mərd mübarizəmiz dəstəklənir”

Ədliyyə Nazirliyi Xalq Partiyasına nə cavab verib?

Partiyaların cəriməsi: qanun imzalandı

Hansı partiyalar qeydiyyatdan çıxıb?

Müsavat yenə Ədliyyə Nazirliyinə üz tutdu

Müsavat yenə Ədliyyə Nazirliyinə üz tutdu

  • 18 Avqust 2023
  • comments

Azərbaycan Açıq Hökumət Tərəfdaşlığından çıxarıldı

  • 18 Avqust 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda