Azərbaycan komandaları avqustun 17-də UEFA-nın klub turnirlərində növbəti mərhələləri başa vurub. Novator.az bildirir ki, Finlandiya səfərinə çıxan “Qarabağ” Avropa Liqasının ilk raundunun cavab matçında HİK-i məğlub edib – 2:1.
İlk oyunu da eyni hesabla udan “Qarabağ” ikinci mərhələdə “Olimpiya” (Sloveniya) ilə üz-üzə gələcək.
Konfrans Liqasındakı təmsilçilər üçüncü mərhələnin cavab oyunlarını səfərdə keçirib. “Neftçi” Türkiyədə “Beşiktaş”a 1:2 hesabı ilə yenilərək ələnib (ilk oyunda da türkiyəlilər üstün olmuşdu – 3:1).
“Sabah” Serbiyada “Partizan”a uduzub – 0:2. İlk oyunu “Sabah” eyni hesabla udduğundan qalibi penalti seriyası müəyyən edib, serblər dəqiq olub (5:4).
Konfrans Liqasındakı başqa Azərbaycan komandası – “Qəbələ” mübarizəni ötən raund dayandırıb.