• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsavat yenə Ədliyyə Nazirliyinə üz tutdu

  • 18 Avqust 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Müsavat Partiyası üzvlərinin bir qisminin siyahısı yenidən tərtib olunaraq dövlət qeydiyyatına məsul Ədliyyə Nazirliyinə təqdim olunub. Xəbəri avqustun 17-də başqan Arif Hacılı yayıb.

1992-ci ildən siyasi partiyaların fəaliyyətini tənzimləmiş qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyub. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanun qeydiyyat həddini 5000 üzvə qaldırıb. Dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini (siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi) hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitib.

Novator.az bildirir ki, Müsavat Partiyası iyulun 8-də üzvlərinin bir qisminin siyahısını Ədliyyə Nazirliyinə təqdim etmiş, ancaq qeydiyyat müraciətinə mənfi cavab almışdı. Nazirlikdən partiyaya göndərilən məktubda sənədlərdə qüsurlar olduğu vurğulanmış, o cümlədən qeyd edilmişdi ki, reyestrdə adı göstərilmiş 5212 nəfərin 2766-sı barədə bilgilər dəqiq deyil, 250 nəfər telefon zənginə cavabında partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkrarlanıb.

1911-ci ildə yaradılan Müsavat Partiyası sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə Bakıda keçirilən qurultayda bərpa olunaraq dövlət qeydiyyatına alınıb.

Arif Hacılı partiyaya 2014-cü ildən başqanlıq edir.

Rəsmi məlumata görə, yeni qanun qüvvəyə minəndən sonra 31 partiya öz təşəbbüsü ilə ləğv olunub, 27 siyasi partiya üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim edib.

6,9 milyon ölüm, 21,2 milyon xəstə

  • 18 Avqust 2023
  • comments

REAL bir daha qeydiyyat yolunda

  • 18 Avqust 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda