Novator.az UEFA superkubokunu almış komandaların siyahısını təqdim edir.
“Milan”, “Barselona” və “Real” (Madrid) turnirdə 5, “Liverpul” 4, “Atletiko” 3 zəfər əldə edib.
“Ayaks”, “Anderlext”, “Valensiya”, “Yuventus”, “Çelsi” və “Bavariya”nın 2 qələbəsi var.
“Dinamo” (Kiyev), “Nottingem Forest”, “Aston Villa”, “Aberdin”, “Styaua”, “Portu”, “Mexelen”, “Mançester Yunayted”, “Parma”, “Latsio”, “Qalatasaray”, “Sevilya” , “Zenit” (Sankt-Peterburq) və “Mançester Siti” superkuboku 1 dəfə qazanıblar.
Superkubok 1972-ci ildə Çempionlar kuboku və Kuboklar kuboku sahiblərinin qarşılaşması kimi təsis olunub.
1955-ci ildə yaradılan Çempionlar kuboku turniri 1991-ci ildən Çempionlar Liqası adlanır.
1960-cı ildən keçirilən Kuboklar kuboku turniri 1999-cu ildə ləğv edilib, superkubok Çempionlar Liqası və UEFA kuboku sahiblərinin yarışı statusu alıb.
2008-ci ildə UEFA kubokunun bazasında Avropa Liqası turniri qurulub.