• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Partiyaların cəriməsi: qanun imzalandı

  • 16 Avqust 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

Avqustun 16-da prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində yenilikləri imzalayıb, bununla da siyasi partiyalar haqqında qanunvericiliyin pozulması üzrə cəzalar sərtləşib.

Novator.az bildirir ki, partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə görə fiziki şəxslərə yeddi yüz manatdan min manatadək cərimə düşür.

Ölkədə xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və ya fəaliyyətinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək cərimələnir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin partiyaya üzv qəbul edilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər üç min manatdan beş min manatadək cərimə edilir.

Partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsinə, o cümlədən partiya orqanlarının (struktur qurumlarının) və üzvlərinin siyasi partiyanın adından çıxış etməsinə və ya fəaliyyət göstərməsinə, toplantılar keçirməsinə, maliyyə əməliyyatlarının aparılmasına, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştiraka görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək cərimə olunur.

Siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanlarının (struktur qurumlarının) partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlər etməsinə, o cümlədən qərarlar qəbul etməsinə və ya sənədlər imzalamasına görə fiziki şəxsləri yeddi yüz manatdan min manatadək cərimə gözləyir.

Partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə məlumatın vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər iki min manatdan üç min manatadək cərimələnir.

İctimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı istisna olmaqla siyasi partiyanın sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul olmasına görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə nəzərdə tutulur.

Partiyanın dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə etməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər üç min manatdan beş min manatadək cərimə edilir.

Siyasi partiyanın digər ölkələrin siyasi partiyaları ilə sazişin bağlanması və ya siyasi partiyaların beynəlxalq ittifaqlarına üzvlüyə daxil olması barədə məlumatın vaxtında verilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək cərimələnir.

Qanunla qadağan olunmuş subyektlərdən, yaxud nağd qaydada (bank hesabına köçürülmədən) və ya xarici valyutada vəsaitin qəbul edilməsinə görə vəzifəli şəxsləri iki min manatdan iki min beş yüz manatadək, hüquqi şəxsləri altı min manatdan səkkiz min manatadək cərimə gözləyir.

Partiyanın qanunla müəyyən edilmiş məbləğdən (dəyərdən) artıq üzvlük haqqı və ya ianə qəbul etməsinə görə inzibati xətanın bilavasitə obyekti olan artıq qəbul edilmiş üzvlük haqqı və ya ianə müsadirə edilməklə onun məbləğinin (dəyərinin) səksən faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

Siyasi partiyanın ölkədən kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açmasına görə vəzifəli şəxslərə min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslərə dörd min manatdan beş min manatadək cərimə düşür.

Partiyanın qanunsuz qəbul etdiyi ianəni vaxtında geri qaytarmamasına, bu mümkün olmadığı halda onu dövlət büdcəsinə köçürməməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş ianə məbləğinin altmış faizindən səksən faizinədək məbləğdə cərimə edilir.

Siyasi partiyanın qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin ianə hesab olunan maddi yardımlar barədə məlumatı Mərkəzi Seçki Komissiyasına təqdim etməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim etməməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək cərimələnir.

Barəsində məlumat təqdim edilməmiş ianə üzrə bank əməliyyatları və ya hər hansı digər əməliyyat aparılmasına görə vəzifəli şəxsləri iki min manatdan üç min manatadək, hüquqi şəxsləri altı min manatdan səkkiz min manatadək cərimə gözləyir.

Xətaların təkrar törədilməsinə görə daha ağır cərimələr nəzərdə tutulur.

1992-ci ildən siyasi partiyaların fəaliyyətini tənzimləmiş qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyub. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanun qeydiyyat həddini 5000 üzvə qaldırıb. Dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini (siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi) hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitib.

Dövlət qeydiyyatının həyata keçirilməsi və dövlət reyestrinin aparılması Ədliyyə Nazirliyinin işidir. Nazirliyin mətbuat xidmətinin 18 iyul məlumatında bildirilib ki, 27 siyasi partiya üzvlərinin reyestrini nazirliyə təqdim edib.

Partiyaların 180 günlük möhləti bitdi

AXCP yeni qeydiyyat yolunda

Azad Demokratlar Partiyası tarixə qovuşur?

Partiyalar üçün cərimə yenilikləri

Ədliyyə Nazirliyi REAL Partiyasına nə cavab verib?

Ədliyyə Nazirliyindən reyestr açıqlaması

İlqar Məmmədov nazirlikdən siyahı istəyir

Müsavata reyestr cavabı

AXCP Ədliyyə Nazirliyindən cavab alıb

Partiyaların qeydiyyatı: susqunluq yaranıb

“Mərd mübarizəmiz dəstəklənir”

Ədliyyə Nazirliyi Xalq Partiyasına nə cavab verib?

Yeni rubl Rusiyaya nə verər? – “Frans Press”

  • 16 Avqust 2023
  • comments

BMT-də Qarabağ müzakirəsi

  • 17 Avqust 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda