Energetika Nazirliyinin 16 avqust məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 89,13 dollara satılır.
2023-cü ilin dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88, maya 79,04, iyuna 75,05, iyula 78,85, avqusta 89,27 dollarla başlayıb.
Yanvar-iyul aylarında Azərbaycanda 17,7 milyon ton neft hasil edilib, ölkədən 9,4 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.
Gündəlik xam neft hasilatı yanvarda 533 min barrel, fevralda 531 min barrel, martda 515 min barrel, apreldə 512 barrel, may və iyunda 500 min barrel, iyulda 499 min barrel göstərilib.
Beynəlxalq razılaşma 2023-cü il üçün gündəlik hasilat həddini 684 min barrel, 2024-cü il üçün 551 min barrel müəyyən edib.