Maliyyə Nazirliyinin hesabatına görə, iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 2023-cü ilə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 10 faizinə bərabər olub.
Novator.az bildirir ki, 2011-ci ilə xarici borcun ÜDM-ə nisbəti 7,4 faiz göstərilib, 2012-ci ilə 7,6 faizə, 2013-cü ilə 8,3 faizə yüksəlib.
2014-cü il ÜDM-in 8,2 faizi, 2015-ci il 8,6 faizi, 2016-cı il 19,8 faizi, 2017-ci il 20,4 faizi, 2018-ci il 22,8 faizi qədər xarici borcla başlayıb.
2019-cu ilə xarici borcun ÜDM-ə nisbəti 19 faizə, 2020-ci ilə 17,3 faizə düşüb.
2021-ci il 19 faiz, 2022-ci il 13,5 faiz, 2023-cü il 8,5 faizlə start götürüb.
2023-cü il iyulun 1-nə xarici dövlət borcu 6 milyard 576,9 milyon ABŞ dolları məbləğində rəsmiləşib. Borcun 49,4 faizinin 5 ilə qədər, 42,6 faizinin 5 ildən 10 ilə qədər, 8 faizinin 10 ildən yuxarı müddətdə qaytarılmalı olduğu vurğulanır.