• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İran aksiyalarının jurnalist qurbanları

  • 09 Avqust 2023
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetXəbər

İranda 2022-ci ilin sentyabrında gənc qadın Məhsa Əmininin ölümü ilə başlanıb bir neçə ay davam etmiş kütləvi aksiyalar jurnalistlərin də başını yeyib. “Frans-Press” Agentliyinin İranın “Şərq” qəzetinə istinadla yaydığı xəbərə görə, 2022-ci ilin sentyabrından bəri 90-dan çox jurnalist istintaqa cəlb olunub, onların bəzisi həbs edilib.

Məlumatda deyilir ki, tutulanların çoxu artıq ya zaminə buraxılıb, ya da 2023-cü ilin fevralında amnistiyaya düşüb. 11 jurnalist isə hələ də Məhsa Əmini aksiyalarına görə həbsdədir. Yaxın vaxtda onların 5-nə hökm oxunması gözlənir.

Həbsdə olan jurnalistlər arasında Məhsa Əmini ilə bağlı həqiqəti ilk dəfə ifşa etmiş iki xanım – Nilufər Həmidi və İlahə Məhəmmədi də var.

“Şərq” qəzetinin müxbiri Nilufər Həmidi 2022-ci ilin sentyabrında Məhsa Əmininin keçindiyi xəstəxanadan geniş reportaj dərc edib və dərin sarsıntı keçirən ailənin şəkillərini paylaşıb.

“Həmmihan” qəzetinin müxbiri İlahə Məhəmmədi isə Məhsa Əmininin dəfnindən reportaj yayıb. Məhsa Əmini doğulduğu Kürdüstan əyalətində torpağa tapşırılıb. Yas mərasimində İran rejimi əleyhinə şüarlar səsləndirilib. Təhlükəsizlik qüvvələri mərasim iştirakçılarına hücum çəkib, yasa gələn bəzi qadınlar etiraz əlaməti olaraq baş örtüklərini çıxarıblar. İlahə Məhəmmədinin reportajında bütün bunlar əksini tapıb.

İstər “Şərq”, istərsə də “Həmmihan” islahatçılara yaxın qəzetlər kimi tanınır.

Nilufər Həmidi 2022-ci il sentyabrın 22-də, İlahə Məhəmmədi sentyabrın 29-da tutulub. Onlar ABŞ-a casusluq etməkdə və xarici mediaya informasiya ötürməkdə ittiham olunurlar. İran kəşfiyyatının bəyanatında iddia edilir ki, jurnalistlər reportajlarını ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sifarişi ilə hazırlayıblar və bu işdə Britaniya, İsrail casuslarının da əli var.

22 yaşlı Məhsa Əmini 2022-ci il sentyabrın 13-də paytaxt Tehranda tutulub. Əxlaq polisinin hicab qaydalarını pozmada ittiham etdiyi gənc kürd qadın üç gün sonra xəstəxanada dünyasını dəyişib. Çoxları onun fiziki zorakılığın qurbanı olduğuna inanır.

Sentyabrın 18-dən Məhsa Əmininin ölümünə etiraz olaraq ölkədə kütləvi aksiyalar start götürüb. Hüquq müdafiəçilərinin məlumatına görə, aksiyaları yatırtmaq cəhdləri 500-ə yaxın adamın ölümü ilə nəticələnib. Etirazlar səngiyəndən sonra, 2023-cü ilin fevralında İranın ali dini lideri Əli Xamneyi qismən amnistiya elan edib, aksiyalarla bağlı həbsə atılanların əksəri – 22 mindən çox adam azadlığa buraxılıb.

Barəsində ölüm hökmü çıxarılmış etirazçıların sayı dəqiq bilinmir.

Mənbə: Middleeastmonitor.com

 

Cinayətlərin 30,1 faizi narkotikə bağlıdır

  • 09 Avqust 2023
  • comments

Elmar Hüseynovun ailəsinin vətən ziyarəti

  • 09 Avqust 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Gender
  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda