2023-cü il avqustun 9-dək 26 ölkə “Avroviziya 2024” mahnı yarışında iştirakını təsdiqləyib: Almaniya, Avstriya, Azərbaycan, Danimarka, Estoniya, Finlandiya, Fransa, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Litva, Lüksemburq, Malta, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, San Marino, Serbiya, Ukrayna.
Novator.az bildirir ki, İsveçin Malmö şəhərinin ev sahibi olacağı yarışın ilk yarımfinalı mayın 7-nə, ikinci yarımfinalı mayın 9-na, finalı mayın 11-nə təyin edilib.
İctimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışında İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, Danimarka, İtaliya, Norveç və Ukrayna 3, İsveçrə, Avstriya, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib olub.