UEFA Konfrans Liqasının 2023-2024 mövsümünə ikinci mərhələdən qoşulmuş Azərbaycan komandaları avqustun 3-də raundu başa vurub. Novator.az-ın məlumatına görə, təmsilçilər cüt oyunlarda bu nəticələrə imza atıb: “Qəbələ” – “Omoniya” (Kipr) – 2:3 və 1:4; “Neftçi” – “Jelezniçar” (Bosniya) – 2:0 və 2:2; “Sabah” – RFS (Latviya) – 2:1 və 2:0.
“Qəbələ” turnirdən ələnib, “Neftçi” üçüncü mərhələdə “Beşiktaş”a (Türkiyə), “Sabah” “Partizan”a (Serbiya) rəqib olub.