Azərbaycanın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının 2023-2024 mövsümündə bir mərhələ adlaya bildi: birinci raundda Cəbəllütariq “Linkoln”unu ələyən (4:0 və 2:1) təmsilçi ikinci raundda “Rakov”a (Polşa) yenildi (1:1 və 2:3).
Avropa Liqasına köçən komanda ilk mərhələdə HİK-ə (Finlandiya) rəqib olub.
Novator.az bildirir ki, 1951-ci ildə Ağdamda yaradılan “Qarabağ” (“Məhsul”, “Şəfəq”, “Kooperator” adları da daşıyıb) 1 dəfə Azərbaycan SSR-in, 10 dəfə müstəqil Azərbaycanın çempionu olub, 7 dəfə Azərbaycan kubokunu qazanıb.
“Qarabağ” 19-cu dəfədir UEFA-nın əsas klub turnirlərində yarışır, 2014-cü ildən başlayaraq təsnifat mərhələlərini keçib.
2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020, 2020-2021 mövsümlərinə Çempionlar Liqasında başlayan “Qarabağ” sonra Avropa Liqasına adlayaraq qrup mərhələsində mübarizə aparıb.
2017-2018 mövsümündə komanda Çempionlar Liqasının qrup mərhələsində oynayıb.
2021-2022-ci il mövsümündə “Qarabağ” Konfrans Liqasının 1/16 finalına qədər irəliləyib.
2022-2023 mövsümünə Çempionlar Liqasında başlayan “Qarabağ” əvvəl Avropa Liqasına adlayıb, sonra Konfrans Liqasına ələnib və 1/16 finalda uduzub.