• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Mərd mübarizəmiz dəstəklənir”

  • 03 Avqust 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Avqustun 3-də “Facebook”da açıqlama yayan AXCP sədri yazır ki, dövlət qeydiyyatına məsul Ədliyyə Nazirliyi partiyanın reyestr üçün təqdim etdiyi sənədlərə neqativ cavab verəndən sonra ictimaiyyətə səslənərək köklü demokratik dəyişikliklər istəyənləri quruma üzv olmağa çağırıb: “AXCP-nin təşkilat şöbəsinin məlumatına görə, o vaxtdan bəri 300 nəfərdən çox soydaşımız AXCP-yə üzv olmaq üçün partiya strukturlarına müraciət edib. Hazırda partiya funksionerləri həmin şəxslərlə yaxından tanış olmağa çalışır.

Rejim AXCP-yə qarşı xüsusi neqativ münasibətini gizlətmir. Hər fürsətdə partiyamıza qarşı qara təbliğat aparılır, üzvlərimiz tez-tez ayrı-seçkiliyə, təzyiqə məruz qalır. Ancaq yenə də sıralarımıza yeni-yeni mübariz, cəsur soydaşlarımız qoşulur. AXCP-nin apardığı prinsipial, cəsur mübarizə, hər şeyi öz adı ilə çağırmağımız, mərd mübarizəmiz dəstəklənir. Təzyiqlərə baxmayaraq hər gün yeni-yeni insanlar gücümüzə güc qatır”.

Novator.az bildirir ki, 1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyub. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanuna görə, qeydiyyat üçün partiyanın azı 5000 üzvü olmalıdır. Dövlət qeydiyyatında olan partiyalara üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitib.

Reyestrdə siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməlidir.

AXCP sədri Əli Kərimli iyulun 9-da 5 min nəfərdən çox partiya üzvünün reyestrinin hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunduğunu bəyan edib.

İyulun 19-da Ədliyyə Nazirliyi AXCP-nin qeydiyyatını yeniləmək müraciətinə mənfi cavab göndərib, qeyd edib ki, reyestrin yoxlanması zamanı qüsurlar ortaya çıxıb, o cümlədən 119 nəfərin başqa partiyaların üzvü olduğu, 59 şəxs barədə məlumatların təkrarlandığı bilinib, 609 nəfər sorğu zamanı AXCP üzvü olmadığını deyib.

İyulun 20-də ictimaiyyətə səslənən Əli Kərimli yazıb ki, hakimiyyət AXCP-nin qeydiyyatını ləğv etmək istəyir: “Siyasi partiyalar haqqında” mürtəce qanun ölkədəki real müxalifəti sıradan çıxarmaq niyyəti ilə qəbul olunub. Təşkilatlanmış müxalifətin varlığına dözə bilmirlər.

Biz AXCP-ni qoruyub saxlamaq üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyik. Ölkədə demokratik dəyişikliklərə dəstək verən, hüququn tapdalanmasına etiraz edən, ədalətdən yana olan mübariz insanları bu həlledici məqamda bizimlə çiyin-çiyinə mübarizəyə dəvət edir, partiyamıza üzv olmağa çağırıram”.

Azərbaycan Xalq Cəbhəsi (AXC) 1989-cu il iyulun 16-da təsis olunub. 1995-ci ildə qurum partiyaya çevrilərək dövlət qeydiyyatına alınıb. 2000-ci ildən AXCP-yə liderlik edən Əli Kərimli 2001-ci ildən partiya sədridir.

Partiyaların 180 günlük möhləti bitdi

AXCP yeni qeydiyyat yolunda

Azad Demokratlar Partiyası tarixə qovuşur?

Partiyalar üçün cərimə yenilikləri

Ədliyyə Nazirliyi REAL Partiyasına nə cavab verib?

Ədliyyə Nazirliyindən reyestr açıqlaması

İlqar Məmmədov nazirlikdən siyahı istəyir

Müsavata reyestr cavabı

AXCP Ədliyyə Nazirliyindən cavab alıb

Partiyaların qeydiyyatı: susqunluq yaranıb

“Qarabağ”lı statistika

  • 03 Avqust 2023
  • comments

Maşınların 83 faizindən çoxunun azı 10 yaşı var

  • 03 Avqust 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda