• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ədliyyə Nazirliyi Xalq Partiyasına nə cavab verib?

  • 03 Avqust 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Avqustun 2-də Ədliyyə Nazirliyi Azərbaycan Xalq Partiyasına üzvlərin reyestrinin yoxlanmasının nəticələri haqqında rəsmi sənəd təqdim edib. Partiya sədri Pənah Hüseyn Novator.az-a deyib ki, nazirliyə iyulun 5-də göndərilmiş reyestrdə 5854 nəfərin adı yer alıb: “Ədliyyə Nazirliyinin iddiasına görə, siyahıdakı 2676 nəfərə dair bilgilərdə qeyri-dəqiqliklər var. Həmçinin qeyd edilir ki, 377 nəfərin başqa partiyaların üzvü olduğu, 73 nəfərin vəfat etdiyi, 29 nəfərin partiya üzvü olmaq hüququ verən 18 yaşa çatmadığı, 146 nəfərin adının təkrar keçdiyi bilinib, 171 nəfər sorğuya cavabında Azərbaycan Xalq Partiyasının üzvü olmadığını deyib. Hər biri irada dair detallı məlumat aldıqdan sonra araşdırma aparacaq, qüsurlar varsa, reyestri yenidən hazırlayıb Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.

Azərbaycan Xalq Partiyası 1999-cu ildə dövlət qeydiyyatına alınıb.

1957-ci il təvəllüdlü Pənah Hüseyn milli azadlıq hərəkatının liderlərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl dövlət katibi, sonra baş nazir postlarını tutub.

1996-1997 və 2003-2005-ci illərdə həbsdə yatıb. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.

1992-ci ildən siyasi partiyaların fəaliyyətini tənzimləmiş qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyub. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanun qeydiyyat həddini 5000 üzvə qaldırıb. Dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini (siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi) hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitib.

Dövlət qeydiyyatının həyata keçirilməsi və dövlət reyestrinin aparılması Ədliyyə Nazirliyinin işidir. Nazirliyin mətbuat xidmətinin 18 iyul məlumatında bildirilib ki, 27 siyasi partiya üzvlərinin reyestrini nazirliyə təqdim edib, reyestrin yoxlanması zamanı qüsurlar müəyyən olunub, partiyalara bu barədə məlumat verilib.

İndiyədək Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Respublikaçı Alternativ Partiyasının da sənədlərinin geri qaytarıldığı bəllidir.

Partiyaların 180 günlük möhləti bitdi

AXCP yeni qeydiyyat yolunda

Azad Demokratlar Partiyası tarixə qovuşur?

Partiyalar üçün cərimə yenilikləri

Ədliyyə Nazirliyi REAL Partiyasına nə cavab verib?

Ədliyyə Nazirliyindən reyestr açıqlaması

İlqar Məmmədov nazirlikdən siyahı istəyir

Müsavata reyestr cavabı

AXCP Ədliyyə Nazirliyindən cavab alıb

Partiyaların qeydiyyatı: susqunluq yaranıb

“Mərd mübarizəmiz dəstəklənir”

Hüseyn Məlik azadlığa çıxdı

  • 03 Avqust 2023
  • comments

Cəbhəçinin şikayətinə baxılacaq

  • 03 Avqust 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda