Mərkəzi Bank avqustun 1-nə valyuta ehtiyatını 9 milyard 244 milyon dollar göstərib. Novator.az bildirir ki, 2023-cü il 8 milyard 995,7 milyon dollarla başlayıb, yeddi ayda 248,3 milyon dollar artım qeydə alınıb.
2015-ci ilin əvvəlinə 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı olub, ilin sonuna 5 milyard 16,7 milyon dollara enib.
2017-ci ilin əvvəlinə ehtiyat 3 milyard 974,4 milyon dollar, 2018-ci ilin əvvəlinə 5 milyard 334,6 milyon dollar, 2019-cu ilin əvvəlinə 5 milyard 625,7 milyon dollar, 2020-ci ilin əvvəlinə 6 milyard 258 milyon dollar, 2021-ci ilin əvvəlinə 6 milyard 369,4 milyon dollar, 2022-ci ilin əvvəlinə 7 milyard 75 milyon dollar həcmində rəsmiləşib.