• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mərkəzi Bank qanunu yeniləndi

  • 31 İyul 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, əsas yeniliyə görə, Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin sayı 7-dən 9-a yüksəlir: bankın sədri, bankda daimi əsaslarla işləyən 6 üzv və 2 kənar üzv.

Yenilənmiş qanunda Mərkəzi Bankın əsas funksiyaları belə sıralanır: dövlətin pul və məzənnə siyasətinin müəyyən edilməsi və həyata keçirilməsi; nağd pul dövriyyəsinin təşkili, pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması; manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin mütəmadi müəyyən və elan edilməsi; sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi; monetar, maliyyə bazarları və ödəniş sistemləri üzrə statistikanın, ölkənin tədiyyə balansının, beynəlxalq investisiya balansının və icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasının tərtibi, məlumatların ümumiləşdirilməsi və yayılmasının təmin edilməsi, habelə ölkənin tədiyyə balansının proqnozlaşdırılmasında iştirak; maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi, maliyyə bazarlarında tənzimləmə və nəzarətin, o cümlədən makroprudensial tənzimləmə və nəzarətin həyata keçirilməsi; ödəniş sistemlərinin sabit, təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi, inkişafına dəstək verilməsi; maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və maliyyə bazarları sahəsində maarifləndirmə işlərinin aparılması; valyuta tənziminin və nəzarətinin həyata keçirilməsi; əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətinin təmin edilməsi.

İdarə Heyəti üzvlərini Milli Məclis prezidentin təqdimatı ilə təyin edir. Üzvlər sırasından Mərkəzi Bankın sədrinin təyinatı prezidentin səlahiyyətindədir.

2022-ci il aprelin 13-dən Mərkəzi Bankın sədri postunu Taleh Kazımov tutur.

Mərkəzi Bank 1992-ci il fevralın 11-də Azərbaycan Respublikasının Milli Bankı adı ilə yaradılıb. İndiki ad konstitusiyaya 18 mart 2009-cu ildə edilmiş dəyişikliklə rəsmiləşib.

Maşın parkının yaşı nəyə işarədir?

  • 31 İyul 2023
  • comments

204 nəfər siyasi məhbus sayılır

  • 31 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda