Azərbaycan Mərkəzi Bankı iyulun 25-dən bəri 100 Türkiyə lirəsini 6 manat 31 qəpiyə satır.
Novator.az bildirir ki, 2023-cü il 9 manat 7 qəpiklə start götürüb, fevralın əvvəlində kurs 9 manat 4 qəpik, martın əvvəlində 9 manat, aprelin əvvəlində 8 manat 86 qəpik, mayın əvvəlində 8 manat 74 qəpik, iyunun əvvəlində 8 manat 19 qəpik, iyulun əvvəlində 6 manat 53 qəpik olub.
2021-2022-ci illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 9 manat 9 qəpiyə düşüb.
Hazırda 1 ABŞ dolları 26,9 lirədən bahadır.